ƏLİNDƏN ZARA (ZİNHARA) GƏLMƏK
ƏLİNƏ ÇÖP VERMƏK
OBASTAN VİKİ
Zəncir ötürməsi
Zəncir ötürməsi — dartma ötürməsi olub, polad zəncirlərin köməyi ilə fırlanma hərəkətini paralel vallar arasında ötürməyə xidmət edir. Ötürmə oymaq, diyircək və ya dişli zəncirlərin köməyi ilə yerinə yetirilir. Fırlanma zamanı böyük mərkəzdənqaçma qüvvəsini yarandığına görə zəncir ötürməsi aşağı sürətlərdə böyük çevrəvi qüvvələrin ötürülməsində tətbiq edilir. Böyük güclərdə işləyən ötürmədə bir neçə zəncir boltlarla bir-birinə bərkidilir. Ən sadəsi oymaqlı zəncir ötürməsidir. O, oymaq preslənmiş lövhədən ibarət daxili və çivi preslənmiş xarici bənddən ibarətdir. Çivi oymağa keçirilərək hərəkətli birləşmə yaradır. Yeyilməni və səs yaranmasını azaltmaq üçün oymağa fırlanan diyircək keçirilir. İş zamanı bu diyircəklər ulduzcuqlarla təmasda olaraq səlis iş yaradır. Zəncirlərin birləşdirilib-açılması üçün ona qıfıl hissəsi əlavə edilir.
Polimeraz zəncir reaksiyası
Polimeraz zəncir reaksiyası (PZR) (ing. polymerase chain reaction, PCR) — biokimya və molekulyar biologiya sahələrində DNTnin, E.coli və ya maya kimi hərhansı bir canlı orqanizm istifadə edilmədən sadəcə ferment vasitəsilə külli miqdarda çoxaldılması üçün istifadə edilən metoddur. PZR çağdaş genetik mühəndisliyinin əsas metodlarından biri sayılır və molekulyar genetikanın inkişafında böyük rol oynamışdır. Kari Mullis tərəfindən 1983-cü ildə icad edilən metod, ona Nobel mükafatını qazandırıb. Metod DNT-nin müəyyən region və ya regionlarının süni şəraitdə (orqanizmdən kənarda)(in vitro) DNT polimeraz fermenti vasitəsilə müəyyən nahiyəni seçərək təkrar təkrar kopyalanması prinsipinə əsaslanır. Adətən PZR metodu ilə 10 kb (kilo əsas cütü) böyüklüyə qədər DNT çoxaltmaq mümkündür, ancaq bəzi metodlar 40 kb uzunluqda hissənin çoxaldılmasına belə imkan verir. Ən sadə PZR metodunun tətbiqi üçün aşağıdaki komponentlər lazımdır: İçində çoxaldılmaq istənilən regionu saxlayan DNT. Regionun sonlarına tamamlayıcı olan iki növ praymer. İstiliyə davamlı DNT polimeraz fermenti. Dörd növ dezoksiribonukleotid fosfat (A, G, C, T) Fermentin çalışması üçün optimal şərait yaradan bufer məhlulu. Divalent kation, {adətən maqnezium ancaq manqan da istifadə oluna bilər}.
Zəncir altındakı Məryəm Ana kilsəsi
Zəncir altındakı Məryəm Ana kilsəsi (çex. Kostel Panny Marie pod řetězem, alm. Kirche der Jungfrau Maria unter der Kette am Ende der Brücke‎) — Praqa şəhərinin Mala Strana rayonunda və Lazenska küçəsində (Praqa 1) yerləşən katolik monastır kilsəsi. Kilsənin fasadı, portal ilə birlikdə gecikmiş İntibah üslubunda, frontonu isə erkən barokko memarlıq üslubunda hazırlanıb. Kilsə Malta ordeninin cəngavərlərinə məxsus Böyük Çex prioratlığının monastır kompleksinin tərkibinə daxildir. Malta ordeninə məxsus qonşu binalarla birlikdə, kilsə Çex Respublikasının mədəniyyət abidəsi kimi qorunur Zəncir altındakı Məryəm Ana kilsəsinin adının mənşəyi barədə vahid fikir mövcud deyil. Versiyalardan birinə görə, kilsədə boynu zəncirlə bəzədilmiş Məryəm Ananın heykəli yerləşirdi. Digər versiya kilsənin yanında keçmiş Yuditin körpüsünün (hazırkı Karl körpüsünün sələfi) olması ilə bağlıdır. Üçüncü, daha inandırıcı izah isə belədir ki, məbəd Praqaya gələn ticarət gəmilərinin lövbər saldığı Vltava sahili ilə üzbəüz yerləşir. Bu məlumat həm də yaxında Řetězová (Rjetezova — zəncir mənasını verir) küçəsinin yerləşməsi ilə təsdiqlənir.